Xəbərlər

İranda neft kəmərində güclü yanğın baş verib

11.08.2011 [21:01]

Cümə günü səhər Xuzistan əyalətinin Şuş Danyal şəhəri yaxınlığında İranın Cənub Regionu (bölgəsi) üzrə Milli Neft Şirkətinə məxsus boru kəmərində güclü yanğın baş verib

Bu barədə Trend İranın naftnews.net saytına istinadən məlumat verir.

Yanğın baş verən kəmər Lorestan əyalətində yerləşən Qələnar neft yatağından hasil olunan nefti Əhvaz şəhərinə, "Karun" şirkətinin emal zavoduna (karxanəsinə) nəql edir.

Yanğını söndürmək məqsədilə Böhran Komitəsi yaradılıb. Hadisə yerində yanğınsöndürənlər və əməliyyat qrupları yanğını söndürməyə çalışırlar.
 İlkin məlumata görə, hadisə zamanı ölən və yaralananlar olmayıb

Digər xəbərlər

11.08.2011 [20:59]
"Qara qızıl" bahalaşdı

11.08.2011 [20:58]
Güney Azərbaycanda yeni neft yataqlarınnın aşkarlanması ehtimalı var