Xəbərlər

Güney Azərbaycanda yeni neft yataqlarınnın aşkarlanması ehtimalı var

11.08.2011 [20:58]

İran Neft Nazirliyinin rəsmisi (sərpərəsti) Ərdəbilin Muğan bölgəsində yeni neft yataqlarının ola biləcəyi ilə bağlı məlumat verib.
 Məhəmməd Əliabadi dünən jurnalistlərə bildirib ki, “Ərdəbilin Muğan bölgəsində yeni neft yataqları kəşf oluna bilər. O vurğulıayıb ki, harda neft olursa, Neft Nazirliyi oraya həssasdır.”

Onun sözlərinə görə, yalnız Muğan bölgəsində deyil, Xəzər dənizi ətrafında da neft yataqları barədə təhqiqat işləri aparılır.

Qeyd edək ki, yeni neft yataqlarının aşkar etməsi ilə bağlı Xorvatiyanın (Krovasi) INA şirkəti təhqiqat aparır. İran milli neft şirkəti adını çəkdiyimiz Avropa şirkəti ilə bir neçə ay öncə anlaşma imzalayıb.

Digər xəbərlər

11.08.2011 [21:01]
İranda neft kəmərində güclü yanğın baş verib

11.08.2011 [20:59]
"Qara qızıl" bahalaşdı