• Siyasətimiz və məqsədimiz• Bizim idarə heyyəti• İşə yanaşma• Vakansiyalar• Əlaqə məlumatları

 

«Keyfiyyətə qoyulan sərmayə ən böyük qazancdır»

 

«CN Co.LTD»  şirkətinin keyfiyyət strategiyası, şirkətin iş fəaliyyətinə uyğun və akkreditiv əsaslı müqavilə ilə əhatə olunmuş Sifarişçinin tələb və sorğularını həyata keçirmək məqsədi güdür.

Seçilmiş keyfiyyət strategiyasına əsaslanaraq şirkət göstərdiyi xidmətlərin və görülən işlərin keyfiyyətini yüksəltmək üçün bütün imkanlardan istifadə edir.

«CN Co.LTD»  şirkətinin rəsmi sənədlərinə əsaslanaraq şirkətin məqsədləri aşağıdakılardır:

 

  •        Xarici ölkələrdə təhribatsız müayinə dairəsində olan yenilikləri izləyib, alınan bilikləri öz ölkəmizdə tətbiq etmək.
  •        Bu sahədə texnologiyaların inkişafında araşdırmalar aparıb, elmi atmosfer yaratmaq.
  •        Dövlət və özəl sektorlarda, təhribatsız müayinə sahəsində öyrətmə və maarifləndirmə işləri ücün şərait yaratmaq.
  •        Qaynaq konstruksiyalarının keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə ixtiyari elmi, texnoloji və industrial tədqiqatları genişləndirmək.
  •        Bu sahədə milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.
  • ·      Elmi görüş, simpozium, konfransları təşkil və nəşr etdirmək.

 

            Şirkətin personalı işini «Hərəkət etdiyin kimi yaz, yazdığın kimi hərəkət et» şüarı altında planlaşdırır, yerinə yetirir, nəzarət edir, sənədləşdirir.

Şirkətin rəhbərliyi, şirkətin yerinə yetirdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş bütün hərəkətləri dəstəkləyir və qiymətləndirir.

Şirkət tərəfindən aparılmış müayinələrin nəticiləri, həmçinin müvafiq qeyd və sənədlər məxfi hesab olunur. Bu cür məlumat işə aid olmayan və ya şirkətlə və Sifarişçi ilə birgə işləməyən şəxs və ya təşkilata ötürülə bilməz.