Keyfiyyət, Sağlamlıq və Təhlükəsizlik.

       «CN Co.LTD»  şirkətinin işində və siyasətində ən önəmli yeri tutan dəyər SƏTƏM-dir(Sağlamlıq-Əməyin Təşkili-Ətraf Mühit). Təhlükəsizlik hər bir şəxsin borcudur və bu görülən işin keyfiyyətinə və həcminə bilavasitə təsir edir.

        İşçilərin, podratçıların, bilavasitə və ya dolayısı ilə şirkətin fəaliyyətində iştirak edənlərin sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması bütün istehsalat əməliyyatlarının həyata keçirilməsində «CN Co.LTD»  şirkətinin məqsədidir.

Bu məqsədə nail olmaq üçün şirkətin rəhbərliyi işçiləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyində, beynəlxalq standart və normalarda nəzərdə tutulan təhlükəsizliyi yüksək səviyyədə saxlamaq, bədbəxt hadisələrə yol verməmək, həmçinin ətraf mühitə ziyan verməmək tələblərinə uyğun olaraq çalışır.

       Təhlükəsizlik məsələlərinin həllini təmin etmək üçün hər bir kəs təhlükəsizlik barədə öz vəzifələrinə tam məsuliyyətlə yanaşmalıdır və aşağıdakı tələblərin yerinə yetirilməsini tam təmin etməlidir:

·        Təhlükəsizlik texnikasının yüksək səviyyədə başa düşülməsini və tədrisini təmin etmək;

·        İşçilərin səhhətinə nəzarətin effektiv sistemi;

·        Təhlükəsiz iş sistemini, üsulları və təcrübəni təyin və müdafiə etmək;

·        Bütün avadanlıqların təhlükəsiz işçi vəziyyətdə olmasını təmin etmək;

·        Hər hansı qəza vəziyyətində effektiv reaksiyanı aşılamaq;

·        Texniki təhlükəsizlik qaydalarının və şirkətin tələblərinə müvafiq geyinmək şərtilə zəruri geyim və alətlərlə təmin etmək;

            «CN Co.LTD»  şirkəti OHSAS 18001:2007 sertifikatına malikdir.