Tədris kursları

            Personalın və göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən təhsil,  ixtisasartırma və sertifikatlaşdırma proqramları vacib amillərdən biridir. Bunun üçün Şirkətin bütün müvafiq tədris təlimatları, proqramları, tədris otaqları, tədris ləvazimatları, lazımi ədəbiyyat və təcrübəli ixtisasçılar var. Həmçinin «CN Co.LTD»  şirkəti müəyyən tədris proqramlarının Respublika hüdudlarından kənarda təşkil olunması imkanına və lazım gələrsə əcnəbi ölkələrdən yüksək səviyyəli ixtisasçıların tədris üçün Azərbaycan Respublikasına dəvət olunması imkanına malikdir.

Bu tədris proqramları ilk növbədə Şirkətin öz personalları üçün, elecə də Şirkətə müraciət edən kənar təşkilatların personalları üçün nəzərdə tutulmuşdur. Bu şirkətlərin siyahısına ARDNŞ, Azfen BM, SGS şirkəti və bir cox başqaları daxildir.

Bu tədris proqramlarının həyata keçirilməsinə Şirkətin bir sıra ölkələrin tanınmış təhsil ocaqları ilə sıx əməkdaşlığı imkan verir. Bunlara misal olaraq Sankt Peterburq Dəmiryol Universitetini, Moskva "Качество" Elmi Tədris Mərkəzini, "ЦНИИПМАШ"ı və s. göstərmək olar.

            «CN Co.LTD»  şirkəti tədris yönümündə təhribatsız müayinənin aşağıdakı üsulları üçün ASNT-TC-1A və EN473 standartlarına əsasən tədris kursları təşkil edir:

1.      Radioqrafik müayinə (RT);

2.      Ultrasəs müayinəsi (UT);

3.      Avtomatik ultrasəs müayinəsi (AUS);

4.      Maqnit-tozlama üsulu ilə müayinə (MPİ);

5.      Penetrant müayinə (PT);

6.      Burulğanlı cərəyan ilə müayinə (ET);

7.      Vizual müayinə (VT);