Maqnit tozlama müayinəsi ferromaqnit materiallarda səthi və səthalti qüsurların aşkarlanması üçün istifadə edilir. Maqnit tozlama üsulunda penetrant müayinəsində olduğu kimi qüsurların səth üzərinə açılması vacib deyil. Bəzi standartlar bu üsulu radioqrafiya və ya ultrasəs üsulunu tamamlayıcı bir üsul olaraq şərt qoyurlar. Başqa üsullara nisbətən bu üsulda müayinə nəticələri daha tez bilindiyi üçün sənayedə geniş tətbiq olunur. Əsas tətbiq sahələri bunlardır:

Polad kimi ferromaqnit materiallar;

Tökmələr;

Döymələr;

Qaynaq tikişləri;

Borular və s.