SCANER ultrasəs nəzarət və ölçü cihazı, qalınlığı 4÷60mm-ə, uzununa dalğaların səsinin yayıma sürəti C=5300÷6300m/s-ə malik olan boru xəttləri və metal konstruksiyaların ana metalının və qaynaq tikişlərinin qüsurlarını aşkarlamağa və onların xarakterinin açılışını verməyə və yoxlama nəticələrini avtomatik qeydə almağa və həmçinin detalların qalınlıq fərqini ölçməyə qadir olan bir cihazdır.

Bu cihazla qaynaq tikişləri və ana metalın keyfiyyətini və qalınlıq ölçülməsini, darama sürəti 1m/dəq-dən çox olmamaqla əllə ultrasəs müayinəsi etmək mümkündür.

Bu cihaz həmçinin ümumi təyinatına görə qüsur qeydə alan cihaz kimi nəzərdə tutulur. Cihaz, qalınlığı 0.5mm÷6550mm-ə qədər olan detallarda ana metal və qaynaq tikişlərinin qüsurlarının qeydə alınması və xarakterinin açılışını vermək üçün nəzərdə tutulub.

Termiki təsirə məruz qalan detalların müayinə olunacaq zonasının səthi təmiz olmalıdır.

Testlər sexlərdə, sahədə və quraşdırma prosesi əsnasında yerinə yetirilə bilər.

Cihaz, ətraf mühit temperaturu mənfi 20ºC-dən müsbət 45ºC-də və 25ºC temperaturda nisbi rütubət 80%-ə qədər olarsa stabil işi təmin edir.